Əsas Səhifə > Aktual > Onlayn alış-verişdən əvvəl iki dəfə düşünün: - "Boşluqlardan sui-istifadə edirlər"
Onlayn alış-verişdən əvvəl iki dəfə düşünün: - "Boşluqlardan sui-istifadə edirlər"10-02-2022, 17:17 |
![]() Qapanmalar dövründə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da onlayn ticarət inkişaf etməyə başaldı. Əksər ticarət obyektləri, mağazalar onlayn rejimlə fəaliyyət göstərməyə başladı. Bu, xüsusilə karantin rejiminin "evdəqal" dönəminə təsadüf etdi. Və bu müddətdə vətəndaşlar da hər şeyi onlayn almağa alışdılar. Onlayn ticarət, uğurlu ticarətdir əslində. evdən çıxmadan mağazanın saytına baxıb, istədiyini sifariş edə bilirsən və tez bir zamanda qapına gətirilir və ya istəyinə uyğun olaraq hansısa metro çıxışından məhsulu götürə bilirsən. Bu ticarətin mənfi cəhəti isə saymaqla bitməz. Həmin məhsulu əynində görmədiyin üçün geri qaytarma və ya dəyişməkdə yaşanılan çətinliklər, kargo şirkətlərinin qüsurlu fəaliyyəti və s. və ilaxır. Onlayn ticarət zamanı istehlakçıların hüquqları daha çox pozulur. Belə olan halda istehlakçı kimə şikayət etməlidir? Heç kimə! Bəli səhv oxumadınız. Çünki... Rubrika.Az-ın məlumatına görə, “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, onlayn ticarətlə bağlı təşkilata hər gün şikayətlər daxil olur: “Xüsusən, qapanmalar dövründə daha çox ərizələr daxil olub. Burada istehlakçıların aldadılması baş verir. Xaricdən onlayn ticarətdə əsas şikayətlər karqo şirkətlərinin məhsulu vaxtnda gətirib çıxarmaması, məhsulun itməsi, məhsulun izlənilməsi ilə bağlı olur. Yerli onlayn ticarətlə məşğul olanlar heç də onlardan geri qalmırlar”. Ekspert bildirib ki, şikayətlər arasında “Karaca” şirkətinin də adı var. Təşkilata yataq dəstləri, mebel və s. ilə bağlı şikayətlər edilir. E.Hüseynovun sözlərinə görə, bəzən məhsullar istehlakçılara harda oldu, metro çıxışlarında, qaranlıq yerlərdə təqdim edilir. İstehlakçı məhsulu alarkən yoxlaya bilmir. Onlayn ticarət zamanı istehlakçıya kassa çeki təqdim edilmədiyi üçün məhsul istehlakçının təlabatını ödəmədiyi təqdirdə, onu qaytarmaq və dəyişməkdə problemlər yaranır. “İstehlakçılar bilməlidir ki, onlayn ticarətdə də istehlakçının 14 gün müddətində məhsulu dəyişmək və qaytarmaq hüququ var. Ancaq bu halda ki, məhsul istifadə edilməmiş və etiketi üzərində olmalıdır. Bu zaman başqa bir problem də ortaya çıxır ki, məhsulu yoxlamadan, istifadə etmədən onun yararsız olduğunu necə bilmək olar?”,- deyən ekspert bildirir ki, qanunvericilikdə istehlakçının zərərinə olan çox sayda boşluqlar var. Ticarət şəbəkələri də bu boşluqlardan sui-istifadə etməyi bacarırlar. E.Hüseynov istehlakçılara hər hansı məhsul aldıqları zaman kassa çeki tələb etməyi tövsiyyə edir. Kassa çeki, rəsmi mədaxil orderi verilməyən onlayn ticarət şəbəkələrindən məhsullaırn alınması məsləhət görülmür: “Məhsul aldığınız şəxs haqqında məlumat əldə edin. Malın hardan gətirildiyi barədə, ofis, mağaza və s. varsa, həmin yer barədə məlumat əldə etməyə çalışın. Malı təhvil aldığınız insanın şəxsiyyət vəsiqəsinin kopyasını tələb edin”. Ekspert deyir ki, onlayn ticarət zamanı ərzaq məhsullarının çatdırılmasında da bəzən problemlər yaşanır. Belə ki, bəzən istehlakçının istəmədiyi ərzaq məhsulları gətirilir, sonradan onu geri qaytarmaq və ya dəyişmək problemə çevrilir. İstehlakçıların belə problem yaşamasının əsas səbəbi qanunvericilikdə olan boşluqlardır. Bilirsiniz ki, ölkədə olan qanunların təməlində, icrasında boşluqlar var. Və təəssüf olsun ki, istənilən qanunda olan boşluqlar vətəndaşın hüququnun pozulmasına hədəflənir. Bu kimi problemlərin qarşısının alınması üçün isə, qanunvericiliyə Milli Məclisin dəyişmiş, keyfiyyətli tərkibi ilə yenidən baxmaq lazımdır. Bu da ki, mümkün deyil... Rubrika.az Geri qayıt |