Əsas Səhifə > Mədəniyyət > Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib14-02-2022, 11:36 |
![]() Azərbaycan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun barəsində olan hökmdən kassasiya şikayəti verilib. RUBRIKA.AZ "Report"a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək ilkin baxış iclası fevralın 16-na təyin edilib. Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, R.Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib. Rubrika.az Geri qayıt |