Əsas Səhifə > Araşdırma > Niyazi Bayramov MÜDAFİƏ MÖVQEYİNƏ KEÇİB... - İLGİNC İDDİA
Niyazi Bayramov MÜDAFİƏ MÖVQEYİNƏ KEÇİB... - İLGİNC İDDİA14-02-2022, 12:17 |
![]() Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yaxın günlərdə işdən azad ediləcəyi və bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti Administrasiyası na çağrılması ilə bağlı yayılan məlumatlar keçən həftə geniş müzakirə olundu. Doğrudur, bununla bağlı Gəncə İcra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Azər İbrahimov mətbuata açıqlama verərək bildirdi ki, sözügedən informsiyalar həqiqəti əks etdirmir və hazırda bu məsələ gündəmdə deyil və Niyazi Bayramov işinin başındadır. Xatırladır ki, onun sözlərinə görə, həmin yazılarda guya ki, buna əsas səbəb kimi, son günlər Gəncə şəhərində yol kənarında əkilən ağacların çıxarılması və sahibsiz küçə heyvanlarının güllələnməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində gedən yanlış məlumatlar olub: “Bir daha xatırladırıq ki, sözügedən ağacların əkilməsinin, daha sonra isə çıxarılmasının, iddia edildiyi kimi, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri ilə heç bir əlaqəsi yoxdur". Rubrika.az bildirir ki, amma reallıqda vəzittə tamam başqadır və DİA.AZ-a bu barədə danışan mənbə də iddia edir ki, artıq Niyazi Bayramovun vəzifəsindən alınması əsələsi ən ali səviyyədə müzakirə predmetidir. Mənbə iddia edir ki, zamanında, daha dəqiqi, bu olaya qədər yeni vəzifə həvəsində olan Niyazi Bayramovun görəvdən alınacağı an məsələsdiri. "Əslində normalda Niyazi Bayramov vəzifəsindən dərhal atılmalı idi. Onun kimi dibçək fırıldağına əl atanlar əslində vətəndaşı yox dövlətin ali rəhbərliyini aldatmanın cəzasını almalıdır ki, digərlərinə görk olsun". Xatırladaq ki, keçən həftə bu ifadələr də hökumətdəki mənbələrin açıqlamasında yer almışdı. Son olaraq daxil olan məlumatlardan isə aydın olur ki, Niyazi Bayramov artıq müdafiə olunması üçün hərəkətə keçib: "Həm himayədarlarını işə salıb, həm də maddi resurslarını..." İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Rubrika.az Geri qayıt |