Əsas Səhifə > Dünya > Türkiyə həbsxanalarında 2000 iranlı məhkum cəza çəkir

Türkiyə həbsxanalarında 2000 iranlı məhkum cəza çəkir


15-02-2022, 09:00
Türkiyə həbsxanalarında 2000 iranlı məhkum cəza çəkir

"Xarici ölkələrdə 3800 iranlı məhbus var".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Məhkəmə Sistemi rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Kazim Qəribabadi deyib.

O, bildirib ki, bu məhbusların 2000 nəfəri Türkiyədədir.

"Bu rəqəm olduqca çoxdur. Ölkə vətəndaşlarından digər ölkələrin qayda-qanunlarına əməl etmələrini istəyirik”.

Onun sözlərinə görə digər ölkələrdə olan bəzi iranlı məhbusların vəziyyəti ürəkaçan deyil. Məhkəmə sistemi vətəndaşların ölkəyə qaytarılması üçün işləri davam etdirir.

Rubrika.az
Geri qayıt