Əsas Səhifə > Aktual > BNA bu küçədə qanunsuz cərimələr yazır? - Sürücülər narazıdır - FOTO
BNA bu küçədə qanunsuz cərimələr yazır? - Sürücülər narazıdır - FOTO15-02-2022, 11:22 |
![]() Sürücü Elnur Quliyev BNA-nın ona yazdığı "dayanma-durma qadağandır" - 2078366 protokollu cəriməsindən narazıdır. Rubrika.Az bildirir ki, Milli.Az-a müraciət edən vətəndaşın iddiasına görə, həmin nişanın orada qoyulmasının qeyri-qanuni olması üzə çıxıb və cərimə yazılandan sonra nişan oradan götürülüb. Söhbət Həsən Seyidbəyli küçəsi 14 ünvanında qoyulan nişandan gedir. Sürücünün iddiasına görə, orada sol tərəfdə "dayanma-durma qadağandır" nişanı qoyulub və nişandan cəmi 20-30 metr qabaqda yol ayrıcıları mövcüddur. Sürücünün maşını saxladığı ərazi isə nişandan 100-150 metr irəlidir. Sözügedən ərazidə avtomobilini saxlayan çoxsaylı sürücü ilə söhbət zamanı onların da bu absurd qərardan narazı olduqları üzə çıxıb. BNA-nın bu duruma aydınlıq gətirəcəyinə ümid edirik. Rubrika.Az Geri qayıt |