Əsas Səhifə > Qanun > DİN-dən Ramiz Mehdiyevin qohumunun saxlanılması ilə bağlı açıqlama
DİN-dən Ramiz Mehdiyevin qohumunun saxlanılması ilə bağlı açıqlama15-02-2022, 12:15 |
|
AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. DİN Mətbuat Xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov "Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: "Hazırda araşdırmalar davam etdirilir”. Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub. Rubrika.Az Geri qayıt |