Əsas Səhifə > Aktual > İlqar Məmmədov qərarını açıqladı
İlqar Məmmədov qərarını açıqladı17-02-2022, 09:54 |
|
“Hazırda Azərbaycanda 5 seçki dairəsi boşdur. Bəzi adamlar söz gəzdirirlər ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb, mandat alacaq. REAL Partiyanın sədri kimi 5 seçki dairəsinin ərazisində görüşlər keçirmişəm, vətəndaşların durumu ilə maraqlanmışam. O dairələrə səfər etdim deyə belə söz-söhbətlər yaydılar”. Bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib. “Belə şayiələri yayanlar rahat nəfəs alsınlar, 5 dairə üzrə seçkilər keçirilərsə, namizədliyimi irəli sürməyəcəyəm. Amma bu seçki dairələrinin ya hamısından, ya da bəzilərindən namizədlərimiz olacaq” – İ.Məmmədov qeyd edib.(pia.az) Rubrika.az Geri qayıt |