Əsas Səhifə > Aktual > Müdafiə Nazirliyinin sabiq idarə rəisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Müdafiə Nazirliyinin sabiq idarə rəisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib21-02-2022, 15:01 |
![]() Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. RUBRİKA.AZ APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib. M. Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, M. Qurbanova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib. M. Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb. Rubrika.Az Geri qayıt |