Əsas Səhifə > Dünya > Türkiyə XİN Rusiyanın qondarma DXR və LXR-i tanımasını pisləyib
Türkiyə XİN Rusiyanın qondarma DXR və LXR-i tanımasını pisləyib22-02-2022, 09:53 |
|
"Rusiya Federasiyasının qondarma Donetsk və Luqansk “respublika”larını tanıması haqqında verdiyi qərar, həm Minsk müqaviləsinin şərtlərinə ziddir, həm də Ukraynanın siyasi birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükədir". Bu barədə "Report"un yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı zor tətbiqi qəbuledilməzdir: "Bu mənada Ukraynanın ərazi bütünlüyünü dəstəkləyir, bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə çağırırıq". Rubrika.Az Geri qayıt |