Əsas Səhifə > Siyasət > Nazirlik: "Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatı təəssüf doğurur"

Nazirlik: "Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatı təəssüf doğurur"


23-02-2022, 11:46
Nazirlik: "Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatı təəssüf doğurur"

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-in sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərh verib.

Şərhdə Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılmasının təəccüb və təəssüf doğurduğu vurğulanıb: Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.

Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır.

Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik

Rublika.az
Geri qayıt