Əsas Səhifə > Aktual > Avropa Liqası: Mahir Emrelinin komandası İspaniya klubuna qarşı
Avropa Liqası: Mahir Emrelinin komandası İspaniya klubuna qarşı24-02-2022, 15:42 |
|
Avropa Liqası: Mahir Emrelinin komandası İspaniya klubuna qarşı Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Rubrika.az Oxu.Az-a istinadən xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İspaniyanın “Sevilya” klubunu qəbul edəcək. Zaqreb təmsilçisi səfərdəki ilk görüşdə 1:3 hesabı ilə məğlub olub. Günün maraqla gözlənilən qarşılaşması isə İtaliyada olacaq: “Napoli” “Barselona”nı turnirdən kənarlaşdırmağa çalışacaq. 24 fevral UEFA Avropa Liqası Pley-off mərhələsi, cavab oyunları 21:45 “Dinamo” (Xorvatiya) – “Sevilya” (İspaniya) İlk oyun – 1:3 21:45 “Olimpiakos” (Yunanıstan) – “Atalanta” (İtaliya) İlk oyun – 1:2 21:45 “Real Sosyedad” (İspaniya) – “Leypsiq” (Almaniya) İlk oyun – 2:2 21:45 “Latsio” (İtaliya) – “Portu” (Portuqaliya) İlk oyun – 1:2 00:00 “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) İlk oyun – 1:1 00:00 “Reyncers” (Şotlandiya) – “Borusiya” (Dortmund, Almaniya) İlk oyun – 4:2 00:00 “Betis” (İspaniya) – “Zenit” (Rusiya) İlk oyun – 3:2 00:00 “Braqa” (Portuqaliya) – “Şerif” (Moldova) İlk oyun – 0:2 Rubrika.az Geri qayıt |