Əsas Səhifə > Aktual > Ukraynada azərbaycanlılar arasında xəsarət alan və ölən yoxdur - AÇIQLAMA

Ukraynada azərbaycanlılar arasında xəsarət alan və ölən yoxdur - AÇIQLAMA


24-02-2022, 16:46
Ukraynada azərbaycanlılar arasında xəsarət alan və ölən yoxdur - AÇIQLAMA

Ukraynada yaşayan azərbaycanlılar arasında hələ ki, xəsarət alan və ölən yoxdur”. RUBRİKA.AZ xəbər verir ki,bunu APA-ya açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu deyib.

X. Həqiqətoğlu bildirib ki, bununla bağlı nə Azərbaycanın Ukraynadakı səfirliyinə, nə də Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə məlumat daxil olub: “Biz səfirliklə də əlaqə saxlayırıq. Azərbaycanlılar arasında itki yoxdur”.

X. Həqiqətoğlu hazırda vəziyyətin gərgin olduğu Xarkovda isə yalnız bir ukraynalı uşağın həyatını itirdiyini bildirib: “Hazırda Xarkovda da azərbaycanlılar arasında yaralanan və həyatını itirənlər olmayıb”.

O Azərbaycan vətəndaşlarının təxliyəsinin nəzərdə tutulmadığını da bildirib:

“Hava nəqliyyatı ilə səfərlər artıq dayandırılıb. Bu, hazırda qeyri-mümkündür. Nə hava, nə quru yolu ilə səyahətlərə icazə verilmir. Ümumiyyətlə, təxliyə planlaşdırılmır. 500 minə yaxın azərbaycanlı hara təxliyə olacaq?!”

Rubrika.Az
Geri qayıt