Əsas Səhifə > Manşet > Soltan Məmmədov: "Biz sülh, əməkdaşlıq və dostluq tərəfdarıyıq".
Soltan Məmmədov: "Biz sülh, əməkdaşlıq və dostluq tərəfdarıyıq".25-02-2022, 19:22 |
|
Milli genləri Azərbaycan xalqına qarşı nifrət hissi ilə yoğrulmuş ermənilər 44 günlük müharibədə düçar olduqları acınacaqlı məğlubiyyətdən sonra hələ də düşdükləri bataqlıqdan çıxa bilmirlər. Azərbaycanın öz tarixi torpaqlarını azad etməsindən sonra bütün dünya ermənilərin milli kimliklərini aydın şəkildə gördü. Zaman-zaman özünü “əzabkeş” xalq olaraq təqdim edən hayların əslində faşist xarakterli, barbar təbiətli bir toplum olduqları bir daha sübut edildi. Fevralın 19-22-də İrəvanda AVRONEST Parlament Assambleyası bürosunun və komitələrinin iclasları keçirilib. Azərbaycanı tədbirdə Tahir Mirkişili və Soltan Məmmədov təmsil ediblər. Elə maraqlısı da millət vəkillərinin qədim Azərbaycan şəhərinə varid olmasından sonra başlayıb. İrəvanda xalqımıza qarşı bütün tarixi izləri vəhşicəsinə məhv edən barbar toplum iki azərbaycanlının belə öz doğma şəhərinə gəlməsini həzm edə bilməyib. Qalib ölkənin təmsilçiləri kimi İrəvana gələn millət vəkillərinin sərgilədiyi mövqe, ortaya qoyduqları milli iradə “yan”ları əməlli başlı yandırıb töküb. Beynəlxalq tədbirdə iştirak üçün gələn iki şəxsə qarşı az qala bütün erməni medyası, siyasi təşkilatları səfərbər olub. Etiraz edən kim, başını yardıran kim...Millət vəkillərinin tarixi abidəmiz olan Göy məscidi ziyarət etmələri isə nəinki erməniləri, hətta onlara malakeşlik edən “din qardaşlarımızı” da narahat edib. Hətta millət vəkillərinə oteldə və restoranda xidmət etməmək kimi adiliyi də edən ermənilər hansı mədəniyyətin, xarakterin daşıyıcıları olduqlarını sərgiləyiblər. İllərlə “böyük Ermənistan” xülyası ilə beyinləri yuyulan “kiçik düşüncəli” xalqın nümayəndələri hələ də acı reallığı qəbul etmçək istəmirlər. Başa düşmürlər ki, yuvarlandıqları uçurumda onların nəsibi məhv olmaqdır. Kimin hansı xarakterin, əqidənin sahibi olduğunu isə millət vəkili Soltan Məmmədovun erməni deputata verdiyi cavabda aydın görmək olar : "Azərbaycanda çoxlu sayda milli azlıqlar yaşayır. Eyni zamanda Azərbaycanda 30 minə qədər erməni yaşayır, lakin Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Mədəni irs haqında danışarkən, nəzərinizə çatdırım ki, Qarabağda 67 məsciddən 64-ü ermənilər tərəfindən yer üzündən silinib. Bu bir faktdır. Biz 30 il ərzində çalışdıq ki, UNESCO gəlib monitorinq aparsın və həmin ərazilərdə Azərbaycanın mədəni isrinin vəziyyətini qiymətləndirsin, lakin bu baş vermədi. İndi biz gözləyirik ki, beynəlxalq ictimaiyyət müstəqil şəkildə qiymətləndirmə aparsın və reallığı dünya ictimaiyyətinin diqqətinə çatdırsın. Biz müharibə istəmirik və heç zaman da istəməmişik. Biz 30 ildən çox münaqişənin sülh yolu ilə həll edilməsini gözlədik. Biz hər zaman BMT qətnamələrinə əsaslanmışıq və qətnamələrdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri aydın şəkildə göstərilir. Biz sülh, əməkdaşlıq və dostluq tərəfdarıyıq". Nicat Mahmudov Rubrika.Az Geri qayıt |