Əsas Səhifə > Səhiyyə > Koronavirusa yoluxanların sayı açıqlandı

Koronavirusa yoluxanların sayı açıqlandı


25-02-2022, 20:06
Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 3 851 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 782 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 757 892 nəfər müalicə olunaraq sağalıb, 9 358 nəfər vəfat edib. 15 498 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 978, bu günə qədər isə ümumilikdə 6 531 133 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 29 830 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1525, üç və daha çox doza vaksin vurduranların sayı 24 771, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1492 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 926 638, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 295 050, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 781 811, üç və daha çox doza vaksin vurduranların sayı 2 648 544, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 201 233 təşkil edir.

Rubrika.Az
Geri qayıt