Əsas Səhifə > İdman > “Spartak” Avropa Liqasının “Leypsiq”lə cavab oyununu Bakıda keçirməyi planlaşdırır
“Spartak” Avropa Liqasının “Leypsiq”lə cavab oyununu Bakıda keçirməyi planlaşdırır28-02-2022, 09:47 |
|
Bakı futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Rusiyanın “Spartak” və Almaniyanın “Leypsiq” klubları arasında keçiriləcək cavab oyunu üçün prioritet məkandır. Bu barədə jurnalistlərə “qırmızı-ağların” mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov məlumat verib. “Leypsiq”lə matçın keçirilməsi üçün prioritet variant Bakıdır”, - deyə Zelenov bildirib. “Biz Avropa Futbol Assosiasiyaları İttifaqındakı həmkarlarımızla bu variant üzərində işləyirik. Konkret qərarı həftənin əvvəlinə gözləyirik”, - klub rəsmisi bəyan edib. Rubrika.Az Geri qayıt |