Əsas Səhifə > Bölgə > “Rusiyaya haqq qazandıranların din anlayışı yoxdur” - HƏQİQƏTƏN DƏ...
“Rusiyaya haqq qazandıranların din anlayışı yoxdur” - HƏQİQƏTƏN DƏ...28-02-2022, 14:44 |
![]() Rusiya və Ukrayna arasında yaşanan gərginlik yerli media və sosial şəbəkələrdə ən çox müzakirə olunnan mövular arasındadır. Bu müzakirələrdən gəlinən nəticə isə odur ki, azərbaycan xalqı günahsızın, işğala məruz qalanın tərəfindədir. Çünki Azərbaycan xalqı işğalın, soyqırımın, müharibənin nə olduğunu yaxşı bilir və illərdir ki, bu mövzularda əziyyət çəkib. Maraqlı bir məqam isə ondan ibarətdir ki, bu müzakirələrdə Rusiyanı haqlı görənlər də az deyil. Bu şəxslərin isə böyük əksəriyyəti dini camianın insanlarıdır. Haqq qazandırma səbəbləri isə odur ki, “ruslar Qərblə döyüşürlər”. RUBRİKA.AZ-ın məlumatına görə, ilahiyyatçı Elşad Miri məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən zaman bildirib ki, mövcud situatsiyada da QMİ mənsub olan şəxslərə nə tapşırılırsa, onu da təkrarlayırlar. Bu insanların əksəriyyətinin müstəqil iradələri, fikirləri yoxdur. “Biz indiyə qədər hansısa din xadiminin yaltaqlıq etmədiyini, hansısa haqsızlığa qarşı etiraz etdiyini, haqqın yanında dayandığını görməmişik. Əksəriyyət etibarı ilə gördüyümüz din xadimləri QMİ nə deyirsə, ona uyğun olaraq hərəkət edən insanlardır. Bir vaxtlar azanın qadağan edilməsi ilə bağlı mövzu gündəmə gəldikdə onlar rahatlıqla açıqlamlar veridilər ki, “bu qərar yaşlı insanların narahat olmaması, uşaqların yuxudan oyanmaması üçündür”. Bu cür insanların sözü bizə qəribə gəlməməlidir. Bu insanlarda din xadimi anlayışı yoxudur. Bu insanlar Quran oxusalar, görərlər ki, bir insanın başqa bir insanı öldürməsi bütün bəşəriyyəti öldürmək kimidir. Bu gün Ukraynada nə qədər sivil insanlar, dinc əhali qətlə yetirilir. Buna necə haqq qazandırmaq olar? İşğalçılıq siyasətini yeridən insana, quruma, dövlətə necə haqq qazandıra bilərsiniz? Bunlara haqq qazandırmaq Ermənistana haqq qazandırmaq kimi bir şeydir. Quranda deyilir ki, sizi yerinizdən, yurdunuzdan çıxaranlar və onlarla dostluq edənlərlə savaşılmalıdır. Müharibəyə ancaq bu şəkildə icazə verilib. Bu gün Ukraynada baş verən hadisələrdə isə görürük ki, adamlar oturduqları yerdə müxtəlif bəhanələrlə Rusiya onların ölkəsini işğal edir”. RUBRİKA.AZ Geri qayıt |