Əsas Səhifə > Araşdırma > Göyçayın başçısı getdi, Qaraşov qaldı... - "Yoxsa Lənkəranda lənkəranlı qalmayacaq..."
Göyçayın başçısı getdi, Qaraşov qaldı... - "Yoxsa Lənkəranda lənkəranlı qalmayacaq..."28-02-2022, 15:56 |
![]() Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Az əvvəl məlum oldu ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, M.Səlimzadə 2016-cı ildən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı. RUBRİKA.AZ dia.az-a istinadla bildirir ki, bununla bağlı lənkəraanlıların sosial qrupunda ayrı-ayrı paylaşımlar olub və lənkəanlıların təəssüf hissi ifadə olunub. Səbəbi isə sadədir. Lənkəran sakinləri Göyçaydan əvvəl öz rayonlarında rəhbər dəyişikliyi gözləyirmişlər. Sakinlər adından edilən müraciətdə deyilir: "Mehdi Səlimzadə getdi, amma Qaraşov qaldı... Ümid edirik ki, Qaraşov Lənkəranda çox qalmayacaq. Yoxsa əksi olacaq: Lənkəranda lənkəranlı qalmayacaq..." İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... RUBRİKA.AZ Geri qayıt |