Əsas Səhifə > Dünya > Rusiyanın bu günədək Ukraynada itirdiyi qüvvələrin sayı açıqlanıb - 5 710 əsgər...
Rusiyanın bu günədək Ukraynada itirdiyi qüvvələrin sayı açıqlanıb - 5 710 əsgər...1-03-2022, 11:46 |
|
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub. Rubrika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb. Bildirilib ki, indiyədək 5 710 nəfər zərərsizləşdirilib, 200 nəfər əsir götürülüb. Bundan başqa, işğalçı qüvvələrin 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 77 artilleriya qurğusu, 7 hava hücumundan müdafiə sistemi, 24 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 305 avtomobil texnikası məhv edilib. “Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - deyə məlumatda vurğulanıb. (Report) Rubrika.az Geri qayıt |