Əsas Səhifə > Dünya > Belarus qoşunları Ukraynaya daxil olub - Ali Rada
Belarus qoşunları Ukraynaya daxil olub - Ali Rada1-03-2022, 14:48 |
![]() Belarus qoşunları Çerniqova daxil olub. RUBRİKA.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının “Twitter” hesabında bildirilib. “Unian.net” saytının xəbərinə görə isə, Ukraynanın Xüsusi Kommunikasiya və İnformasiya Mühafizəsi Dövlət Xidməti bu barədə məlumatın Ukrayna müdafiə qüvvələrinin regional departamentinin nümayəndəsi Vitali Kirillov tərəfindən təsdiqləndiyini bildirib. “Belarus müharibəyə qoşulub. Belarus qoşunları Çerniqov rayonuna daxil olub”, - məlumatda qeyd olunub. Slabin, Pakul kəndlərinin və Mixaylo-Kotsyubinski qəsəbəsinin sakinləri üzərində ağ dairə çəkilmiş hərbi texnikanın hərəkət etməsi barəsində məlumat veriblər. Hərbi texnikaların hərəkəti zamanı ərazidə mobil rabitə əlaqəsi pozulub. Mixaylo-Kotsyubinski qəsəbəsinin sakinlərinin məlumatına görə, Slabin və Pakul istiqamətində hərəkət edən 11-i “Qrad” sistemi olmaqla 33 hərbi texnikadan ibarət Belarus hərbi kolonu yerli vaxtla 11:30-da ərazidən keçib. Rubrika.az Geri qayıt |