Əsas Səhifə > Manşet > AYDIN CAN AD GÜNÜN MÜBARƏK! - CAN sağlığı
AYDIN CAN AD GÜNÜN MÜBARƏK! - CAN sağlığı1-03-2022, 17:36 |
|
Bu gün illərdir ki, mətbuatda qaranlıqları aydınlandıran, Həsən bəydən başlanan müqəddəs bir amala cani-dildən xidmət edən, anamız Azərbaycana hər gün min dəfə “can-can” deyən Aydın Canın doğum günüdür. Aydın bəy adından gələn aydınlıqla xalqına təmənnasız xidmət edib-bunu ən azından onu tanıyan hər bir kəs təsdiqləyə bilər. Canı çəksəydi çox şeylər qazana bilərdi-vəzifəsi də olardı, saya gəlməz sərvətləri də. Ancaq onda nazını çəkdiyi sözə, tərəfində durduğu düzə xəyanət etmiş olardı. Hər titulu olardı bəlkə-ancaq xalqının canı-Aydın Canı ola bilməzdi. Bu gün həm də düz sözün, həqiqətin, müqəddəs qələmin bayramıdır. Bunu illərlə qoruyub saxlayan, bu yolda canını qoyan Canımız, doğum günün qutlu olsun ! Arzusunda olduğun, uğrunda mücadilə verdiyin amalların təntənəsini yaşamağı Tanrı xalqımıza nəsib etsin. Təbii ki, Can sağlığıyla ! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |