Əsas Səhifə > İstisadiyyat > Avropada qazın qiyməti 2000 dollara yaxınlaşdı

Avropada qazın qiyməti 2000 dollara yaxınlaşdı


3-03-2022, 10:07
Avropada qazın qiyməti 2000 dollara yaxınlaşdı

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün 2 000 ABŞ dollarına yaxınlaşıb.

Rubrika.Az xəbər verir ki, bunu Londonda yerləşən ICE birjasının məlumatları təsdiq edir.

Niderlandın TTF mərkəzində aprel fyuçerslərinin qiyməti 1 997 ABŞ dollarıdır.

Ümumilikdə bir sutka ərzində qazın qiyməti 43% artıb.

Bundan əvvəl Avropada qazın qiyməti 2021-ci ilin dekabr ayının sonunda qeydə alınan tarixi rekordu qıraraq 2 226 ABŞ dollarına yüksəlib.

Rubrika.Az
Geri qayıt