Əsas Səhifə > Qanun > Milli Məclis bələdiyyələrin siyahısında dəyişiklik etdi
Milli Məclis bələdiyyələrin siyahısında dəyişiklik etdi4-03-2022, 14:07 |
![]() Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilir. Bununla bağlı məsələyə Milli Məclisin martın 4-də keçirilən iclasında baxılıb. Toplantıda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə isə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Rubrika.Az Geri qayıt |