Əsas Səhifə > Dünya > Çerniqov bombalandı: 47 dinc insan öldü…
Çerniqov bombalandı: 47 dinc insan öldü…4-03-2022, 14:53 |
|
Ukraynanın Çerniqov vilayətinin bombalanması nəticəsində 47 dinc sakin ölüb, 18 nəfər yaralanıb. UNİAN xəbər verir ki, məlumatı Çerniqov vilayət administrasiyasının mətbuat xidməti yayıb. Bildirilib ki, martın 3-ü və 4-də gecə saatlarında vilayətin bombalanması nəticəsində ölənlərin 38-i kişi, 9-u qadındır. Məlumata görə, martın 3-də axşam saatlarında isə bombalanma nəticəsində dağılan binaların altından 33 nəfərin meyiti tapılıb, 18 nəfər isə yaralı vəziyyətdə çıxarılıb Rubrika.az Geri qayıt |