Əsas Səhifə > Dünya > Ərdoğan Consonla Ukraynanı müzakirə etdi

Ərdoğan Consonla Ukraynanı müzakirə etdi


4-03-2022, 22:33
Ərdoğan Consonla Ukraynanı müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.

Söhbət zamanı Türkiyə - Birləşmiş Krallıq münasibətləri, eləcə də regional məsələlər, xüsusilə də Rusiya – Ukrayna münaqişəsi müzakirə edilib.

Ərdoğan atəşkəs və müharibənin dayandırılması üçün səylərini davam etdirdiklərini bildirib.

O, həmçinin Türkiyənin terrorla mübarizədə NATO müttəfiqlərindən səmimi dəstək gözlədiyini bir daha vurğulayıb.

Rubrika.Az
Geri qayıt