Əsas Səhifə > Dünya > Göygöldə yeniyetmə bacılar dəm qazından zəhərləniblər

Göygöldə yeniyetmə bacılar dəm qazından zəhərləniblər


4-03-2022, 22:53
Göygöldə yeniyetmə bacılar dəm qazından zəhərləniblər

Göygöl şəhərində 2 nəfər dəm qazından zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb. Yerli sakinlər - 2009-cu il təvəllüdlü S.Həsənova və bacısı, 2010-cu il təvəllüdlü T.Həsənova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Rubrika.Az
Geri qayıt