Əsas Səhifə > İdman > Rusiya və Belarus bu yarışlardan da kənarda qaldı

Rusiya və Belarus bu yarışlardan da kənarda qaldı


7-03-2022, 11:52
Rusiya və Belarus bu yarışlardan da kənarda qaldı

Dünya Oyunları 2022-nin (XI Dünya Oyunları) Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb.

Rubrika.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, qərar həmin ölkələrin rəsmilərinə də şamil edilib. Qərar Dünya Oyunlarının təşkilinə kömək edən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsindən sonra qəbul olunub.

Dünya Oyunları qeyri-olimpiya idman növləri arasında keçirilən beynəlxalq yarışlardır. Yarışlar 2022-ci ildə iyulun 7-dən 17-dək ABŞ-ın Birmingem şəhərində keçiriləcək. Yarışda 100-dən artıq ölkədən 3600 elit idmançının çıxışı gözlənilir.

Ötən ayın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

Rubrika.Az
Geri qayıt