Əsas Səhifə > Cəmiyyət > Bu gün Odessadan 50-dən çox azərbaycanlının təxliyə ediləcək

Bu gün Odessadan 50-dən çox azərbaycanlının təxliyə ediləcək


7-03-2022, 12:17
Bu gün Odessadan 50-dən çox azərbaycanlının təxliyə ediləcək

“Odessa Azərbaycanlılarının Diasporu “Birlik” ictimai təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu günə kimi Odessadan 500-dən çox azərbaycanlını təxliyə edib”.

Rubrika.Az xəbər verir ki, bu barədə təşkilatın sədri Rövşən Quliyev məlumat verib.

O bildirib ki, artıq təxliyə üçün müraciət edənlərin sayı azalıb.

“Dünən 60-a yaxın şəxsin təxliyəsini həyata keçirmişik. Bu gün də 50 nəfərin təxliyəsi planlaşdırılır. Soydaşlarımız kiçiktutumlu avtobuslarla təxliyə edilir”, - Rövşən Quliyev qeyd edib.

Rubrika.az
Geri qayıt