Əsas Səhifə > Cəmiyyət > Prokurorluq Füzulidə qızını öldürən ata ilə bağlı məlumat yaydı
Prokurorluq Füzulidə qızını öldürən ata ilə bağlı məlumat yaydı7-03-2022, 16:21 |
|
Martın 6-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın Füzuli rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramilə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağarəhim Niftəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. RUBRİKA.AZ Geri qayıt |