Əsas Səhifə > Cəmiyyət > İnternet vasitəsilə narkotik satanlar 12 il həbs ediləcək
İnternet vasitəsilə narkotik satanlar 12 il həbs ediləcək9-03-2022, 15:52 |
|
Azərbaycanda narkotik vasitələri və psixotrop maddələri internet informasiya ehtiyatlarından istifadə etməklə satanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur . Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.(report.az) RUBRİKA.AZ Geri qayıt |