Əsas Səhifə > Cəmiyyət > “ASAN Xidmət” əməkdaşının qaçırılmasının təfərrüatları

“ASAN Xidmət” əməkdaşının qaçırılmasının təfərrüatları


10-03-2022, 10:03
“ASAN Xidmət” əməkdaşının qaçırılmasının təfərrüatları

00:50

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan xəbər verildiyi kimi, Ağcabədidə 30 yaşlı qadın qaçırılıb. Bəzi yerli KİV-lər qaçırılan qadının anasına istinadən bu hadisənin təfərrüatlarını açıqlayıb.

Belə ki, Ağcabədi rayon Taxta Körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı 7 mart 2022-ci il tarixində öz şəxsi avtomobili ilə Ağcabədi “ASAN Xidmət” Mərkəzindən işdən çıxıb evə gedərkən, qarşısını kəsən şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

T.İbrahimovanın anası Sahibə İbrahimova bildirib ki, onların şübhələrinə görə, övladlarını yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxs qaçırıb. Lakin istər qızın, istərsə də oğlanın telefonlarının söndürülməyi ailəni daha çox narahat edir. Qızın anası onu da deyib ki, T.İbrahimovanı qaçıran şəxs onun avtomobilini vurub əzdikdən sonra qızı qaçırıb.

***
22:34

Ağcabədidə 30 yaşlı qadın qaçırılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü bir qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Sözügedən qadın “ASAN Xidmət” Mərkəzinin əməkdaşıdır.

Rubrika.Az
Geri qayıt