Əsas Səhifə > İdman > Əcnəbi futbolçular Rusiya klubundan ayrıldı

Əcnəbi futbolçular Rusiya klubundan ayrıldı


10-03-2022, 17:59
Əcnəbi futbolçular Rusiya klubundan ayrıldı

Rusiya “Rostov”unun 5 legioner futbolçusu klubdan ayrılıb.

Sözügedən oyunçular Baştuş, Dennis Hadjikaduniç, Maqnus Knudsen, Armin Qiqoviç və Pontus Almqvistdir. Adları qeyd olunan futbolçular Premyer Liqa təmsilçisindən müqavilələrinə xitam verməyi istəyiblər.
Qeyd edək ki, Rusiyanın Ukrayna ilə müharibə aparması səbəbindən ölkə klublarında oynayan bir çox legioner futbolçu komandasından ayrılıb.

RUBRİKA.AZ
Geri qayıt