Əsas Səhifə > Cəmiyyət > Dohadan Bakıya gələn Yəmən vətəndaşlarından saxta Malaziya pasportları aşkarlandı
Dohadan Bakıya gələn Yəmən vətəndaşlarından saxta Malaziya pasportları aşkarlandı15-03-2022, 10:26 |
|
Dohadan Bakıya gələn Yəmən vətəndaşlarından saxta Malaziya pasportları aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, martın 14-də "Doha-Bakı” reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları - 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Sharif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Rawan Ahmed Hasanın Malaziya pasportlarının saxtalaşdırılması aşkar edilib. RUBRİKA.AZ Geri qayıt |