Əsas Səhifə > Cəmiyyət > MSK Şahin Seyidzadənin mandatdan imtina barədə ərizəsinə baxacaq
MSK Şahin Seyidzadənin mandatdan imtina barədə ərizəsinə baxacaq17-03-2022, 10:07 |
|
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək. Rubrika.Az-in xəbərinə görə, iclasda Şahin Seyidzadənin deputat mandatından imtina barədə ərizəsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qo goruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir. Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, MSK-ya ərizə (rəsmi məlumat) daxil olduqda, MSK ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın MSK tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır. Rubrika.Az Geri qayıt |