Əsas Səhifə > Səhiyyə > Pandemiya nə vaxta qədər davam edəcək? - İnfeksionist
Pandemiya nə vaxta qədər davam edəcək? - İnfeksionist17-03-2022, 10:13 |
|
"Pandemiya hələ may ayına qədər davam edəcək”. Rubrika.az bildiirr ki, bunu Qaynarinfo-ya açıqlamasında infeksionist Namiq Nəbiyev son günlər koronavirus infeksiyasına yeni yoluxanların sayının enməsindən danışarkən deyib. İnfeksionist pandemiyanın söndüyünü vurğulayıb: "Ancaq hələ demək olmaz ki, başa catıb”. Qeyd edək ki, martın 16-na olan məlumata görə, koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb. Bundan əlavə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. Rubrika.Az Geri qayıt |