Əsas Səhifə > Dünya > Nazir: "Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir"
Nazir: "Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir"18-03-2022, 09:31 |
|
“Rusiya tərəfi insanların münaqişə bölgəsindən çıxarılması məsələsində Ukraynanın maneə yaratdığını, Ukrayna tərəfi isə tam əksini söyləyir”. Rurbika.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib. “Biz də təklif etdik ki, beynəlxalq qurumlar – bura Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin qurumları, Türkiyə Qızıl Aypara Cəmiyyəti müşahidəçi olsun. 24 saatlıq atəşkəs olsun, bunun işə yarayıb-yaramadığını isə humanitar qurumlar müşahidə etsin”, - nazir vurğulayıb.(“Report”) Rubrika.Az Geri qayıt |