Əsas Səhifə > İdman > Avroliqa və Konfrans Liqasında 1/4 və 1/2 final cütlükləri bəlli olur
Avroliqa və Konfrans Liqasında 1/4 və 1/2 final cütlükləri bəlli olur18-03-2022, 11:23 |
|
Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq. Rubrika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Cari mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməyəcək və eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər. Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçiriləcək. Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq. Avropa Liqası 1/4 final "Leyptsiq" (Almaniya) "Barselona" (İspaniya) "Atalanta" (İtaliya) "Braqa" (Portuqaliya) "Reyncers" (Şotlandiya) "Vest Hem" (İngiltərə) "Ayntraxt" (Almaniya) "Lion" (Fransa) UEFA Konfrans Liqasında da 1/4 və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçiriləcək. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu, cari mövsümün son püşkatması olacaq və komandalar səbətlərə bölünməyəcək. Həmçinin növbəti raundlarda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər. Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma olacaq. Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq. UEFA Konfrans Liqası 1/4 final "Marsel" (Fransa) "Lester" (İngiltərə) PSV (Niderland) "Budyo Qlimt" (Norveç) PAOK (Yunanıstan) "Slaviya" Praqa (Çexiya) "Roma" (İtaliya) "Feyenoord" (Niderland) Rubrika.az Geri qayıt |