Əsas Səhifə > Dünya > “Fitch” Ukraynaya qarşı müharibədə Rusiyanın itkilərini PROQNOZLAŞDIRIB
“Fitch” Ukraynaya qarşı müharibədə Rusiyanın itkilərini PROQNOZLAŞDIRIB23-03-2022, 08:20 |
|
“Fitch Ratings” reytinq agentliyi Ukraynadakı müharibənin Rusiya iqtisadiyyatına 1998-ci ildəki defoltdan daha çox itki verəcəyini proqnozlaşdırır. Bu barədə agentliyin saytında məlumat verilib. Belə ki, Rusiyaya qarşı rekord maliyyə-iqtisadi sanksiyalar fonunda ölkə iqtisadiyyatı 8% azala bilər. 1998-ci ildə defolt Rusiya ÜDM-nin cəmi 5,4% azalmasına səbəb olub. “Fitch Ratings”in proqnozuna görə, Rusiyada istehlak inflyasiyası 2022-ci ilin sonuna kimi 18%-ə çatacaq. Bundan əlavə, agentlik artan sayda beynəlxalq şirkətlərin ölkədən çıxması fonunda Rusiya Federasiyasına xarici investisiyaların azalacağını proqnozlaşdırır. Rubrika.az Geri qayıt |