Əsas Səhifə > Bölgə > Füzulidə 26 yaşlı sürücü yük maşını ilə minaya düşüb - YENİLƏNİB
Füzulidə 26 yaşlı sürücü yük maşını ilə minaya düşüb - YENİLƏNİB24-03-2022, 11:37 |
|
Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb. APA-nın yerli müxbirinin xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı “77-CB-134” dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. 13:36 Füzulidə mülki şəxs minaya düşüb. “Report”un xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır. Rubrika.az Geri qayıt |