Əsas Səhifə > İstisadiyyat > SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat alıb

SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat alıb


24-03-2022, 12:22
SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat alıb

Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətləri - STAR Neft Emalı Zavodu və "SOCAR Petrol Ticaret" mükafata layiq görülüblər.

Bu barədə xarici mətbuat xəbər verir.

Məlumata görə, mükafatları İstanbul Kimya Məhsulları İxracatçıları Birliyi təqdim edib. "İxracatın Ulduzları-2021" üzrə "SOCAR Petrol Ticaret" birinci, STAR Neft Emalı Zavodu isə ikinci yeri tutub.

Məlumatda deyilir ki, koronavirus (COVID-19) pandemiyasına baxmayaraq SOCAR-ın Türkiyədəki şirkətləri uğurlu nəticələr əldə edib, istehsal və satışı fasiləsiz davam etdirib, yerli sənayeçilərin ixracını dəstəkləyib.

Xatırladaq ki, SOCAR 2008-ci ildə Türkiyənin "Petkim" neft-kimya kompleksinin səhmlərinin 51%-ni əldə edərək bu ölkədə fəaliyyətə başlayıb.

Rubrika.Az
Geri qayıt