Əsas Səhifə > Qalmaqal, Cəmiyyət > Cəlilabadda evlərdən oğurluq edən şəxs saxlanılıb
Cəlilabadda evlərdən oğurluq edən şəxs saxlanılıb24-03-2022, 12:52 |
|
Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın Cənub bürosuna verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1 290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə. Hüseynov saxlanılıb. Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1 000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib. Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Rubrika.az Geri qayıt |