Əsas Səhifə > Aktual > BU NƏDİ BELƏ: Bakıda da `Z` işarələri peyda olub - FOTO
BU NƏDİ BELƏ: Bakıda da `Z` işarələri peyda olub - FOTO24-03-2022, 21:32 |
![]() Bakının Ramana qəsəbəsində son günlər heç də birmənalı qarşılanmayan “Z” işarəsi peyda olub. Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, divarlarda və yük maşınlarının üzərində qırmızı rəngli işarələr olduğu görünür. Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edib. Bundan sonra Rusiya hərbi bölmələrinin texnikalarının üzərində “V” və “Z” işarələri qeyd olunub. Rusiya Müdafiə Nazirliyi bu işarələri “Z” - “Qələbə uğrunda” (“Za pobedu”) və “V” - “Güc həqiqətdədir” (“Sila v pravde”), həmçinin “Vəzifə yerinə yetiriləcək” (“Zadaça budet vıpolnena”) kimi təfsir edib. ![]() ![]() ![]() Rubrika.Az Geri qayıt |