Əsas Səhifə > Din > Ramazan ayının başlama vaxtı açıqlanıb
Ramazan ayının başlama vaxtı açıqlanıb25-03-2022, 11:43 |
|
Aprelin 2-si Ramazan ayının ilk günüdür. Rubrika.Az bildirir kii, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib. "Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir" - o qeyd edib. QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb. "Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır" - o bildirib. Rubrika.Az Geri qayıt |