Əsas Səhifə > RubrikaTV Video > BDU-nun itkin düşən tələbəsinin dənizdə meyiti tapılıb - VİDEO
BDU-nun itkin düşən tələbəsinin dənizdə meyiti tapılıb - VİDEO27-03-2022, 22:50 |
![]() Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Rubrika.Az-ın FHN-nin saytına istinadla verdiyi xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, İ. Qəmbərli Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi olub. O, martın 1-də evdən çıxıb və geri qayıtmayıb. Rubrika.Az Geri qayıt |