Əsas Səhifə > Aktual > Ayaz Mütəllibovun dəfn olunacağı yer AÇIQLANDI - YENİLƏNİB
Ayaz Mütəllibovun dəfn olunacağı yer AÇIQLANDI - YENİLƏNİB28-03-2022, 10:57 |
|
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Birinci Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə APA-ya Ayaz Mütəllibovun sabiq köməkçisi Anar Ağayev məlumat verib. 10:36 Ötən gecə dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb. Bu barədə Bizim.Media-ya Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib. Onun sözlərinə görə, eks-prezidentin nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb: “Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini nəzarətinə götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi. Eks-prezidentin harada dəfn olunacağı barədə hələlik məlumatsızam”. Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi. Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib. Rubrika.Az Geri qayıt |