Əsas Səhifə > Müsahibə > Zakir Həsənov: “Müasir silahların tətbiqinə hər an hazır olun”
Zakir Həsənov: “Müasir silahların tətbiqinə hər an hazır olun”28-03-2022, 14:33 |
|
Müdafiə naziri general-polkovnik Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verib. Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə bildirilib. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib. General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib. Rubrika.Az Geri qayıt |