Əsas Səhifə > İdman > UEFA Millətlər Liqası: Azərbaycan yığmasının sonuncu rəqibi bəlli olub - YENİLƏNİB
UEFA Millətlər Liqası: Azərbaycan yığmasının sonuncu rəqibi bəlli olub - YENİLƏNİB29-03-2022, 21:37 |
|
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki sonuncu rəqibi bəlli olub. C Liqasının 3-cü qrupunda mübarizə aparacaq kollektivin adına Qazaxıstan və Moldova milliləri arasında pley-off raundunun cavab oyunundan sonra aydınlıq gəlib. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan moldovalılar ikinci görüşün əsas vaxtını öz xeyirlərinə başa vurublar - 1:0. Yeganə qolu 13-cü dəqiqədə İqor Armaş vurub. İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (4:3) Moldova yığması C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycan millisinə rəqib olub. Qeyd edək ki, digər pley-off matçında Kipr seçməsi Estoniyanı qəbul edir. Bu komandaların ilk duelində hesab açılmayıb. UEFA Millətlər Liqası, pley-off Cavab oyunları 29 mart 18:00. Qazaxıstan - Moldova - 0:1 (PENALTİLƏRDƏ - 3:4) İlk oyun - 2:1 16:08 Bu gün 2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq. Oxu.Az xəbər verir ki, Avropa zonası üzrə pley-off mərhələsinin final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşəcək. Türkiyəni uzaqlaşdıran Portuqaliya son Avropa çempionları İtaliyanı məğlub edərək həlledici matça vəsiqə qazanmış Şimali Makedoniya yığmasını qəbul edəcək. Siyasi səbəblərdən Rusiyanın kənarlaşdırılmasından sonra finala oynamadan vəsiqə qazanmış Polşa öz meydanında İsveçlə qarşılaşacaq. Digər final görüşündə Uelsin rəqibi hələ bəlli deyil. Bu komanda iyuna təxirə salınmış Şotlandiya – Ukrayna görüşünün qalibi ilə üz-üzə gəlməlidir. DÇ-2022 Pley-off mərhələsi Final 29 mart 22:45 Portuqaliya – Şimali Makedoniya Portu. “Draqau” stadionu 22:45 Polşa – İsveç Xojuv. “Şlyonski” stadionu Bu gün həmçinin UEFA Millətlər Liqasında ötən mövsüm С divizionunda mübarizə aparmış və qruplarında sonuncu olmuş komandalar mübarizə aparacaq. Komandalar növbəti mövsüm D divizionunda oynamamaq uçub qarşılaşacaqlar. Həmçinin, Qazaxıstan – Moldova matçının nəticəsi növbəti mövsüm Azərbaycan millisinin C divizionu 3-cü qrupdakı rəqibini müəyyənləşdirəcək. UEFA Millətlər Liqası Pley-off mərhələsi (cavab oyunları) 29 mart 18:00 Qazaxıstan – Moldova İlk oyun – 2:1 20:00 Kipr – Estoniya İlk oyun – 0:0 Rubrika.Az Geri qayıt |