Əsas Səhifə > Araşdırma > Mübariz Mənsimovdan hər kəsə örnək – FOTO
Mübariz Mənsimovdan hər kəsə örnək – FOTO31-03-2022, 15:02 |
|
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə bu holdinqə məxsus gəmilərdən birinə Milli Qəhrəman Polad Həşimovun adı verilib. Mübariz Mənsimov Polad Həşimovun adını daşıyan, 140 metr uzunluğunda olan nəhəng gəminin şəklini sosial şəbəkələrdə paylaşıb. “Xeyirli, uğurlu olsun. Şəhidlərimizin ruhu şad olsun”,-deyə o, öz paylaşımını şərh edib. Qeyd edək ki, Mübariz Mənsimovun dəvətilə şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım İstanbula gedərək, gəminin təqdimatında iştirak edib. Ötən gün Səmayə ana “Palmali” şirkətinin ofisində Mübariz Mənsimovun qonağı olub. Mənsimovun şəhid anasının qarşısında baş əyərək, onun əlini öpməsini əks etdirən fotoşəkil sosial şəbəkələrdə böyük izləyici kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Rubrika.Az Geri qayıt |