Əsas Səhifə > Cəmiyyət > DİN-dən gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə MÜNASİBƏT

DİN-dən gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə MÜNASİBƏT


31-03-2022, 17:07
DİN-dən gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə MÜNASİBƏT

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın itə işgəncə verməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Rubrika.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidovun "report"a verdiyi məlumata görə, nazirlik görüntülərdən məlumatlıdır.
O deyib ki, polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, gənc oğlanın itə işgəncə verməsi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşımlarda hadisənin Sabirabad rayonunda baş verdiyi iddia edilir.

Rubrika.a
Geri qayıt