Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada 47 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib - FOTO
Azərbaycanda son sutkada 47 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib - FOTO1-04-2022, 17:31 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 791 979 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 938 nəfər müalicə olunaraq sağalıb, 9 694 nəfər vəfat edib, aktiv xəstə sayı 347 nəfərdir. Ölkədə son sutka ərzində 4 339, hazırkı dövrədək isə 6 706 012 test aparılıb. Rubrika.Az Geri qayıt |