Əsas Səhifə > İstisadiyyat > Qızıl ucuzlaşır
Qızıl ucuzlaşır4-04-2022, 10:39 |
|
ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasının təzyiqi altında qızılın qiyməti düşüb. İnvestorlar, həmçinin Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaq perspektivlərini qiymətləndirirlər. Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,3%, yaxud 5,8 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 917 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,17% artaraq, 1 unsiyası 24,695 ABŞ dolları təşkil edib. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 2,375%-dən 2,414% səviyyəsinədək artıb. Bundan başqa, ABŞ-da əmək bazarı ilə bağlı hesabatın açıqlanması qiymətli metalın dəyərinə təsir edib. Belə ki, fevral ayında 3,8% təşkil etmiş işsizlik səviyyəsi mart ayında 3,6%-ə düşüb. Analitiklər isə azalmanın 3,7%-dək olacağını gözləyirdilər. Bütün bunlar qiymətli metalın qiyməti üzərində təzyiq yaradır. Rubrika.Az Geri qayıt |